“Access Bank” QSC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank yanvar-iyun aylarında 28,1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,2% çoxdur.
Bu il iyulun əvvəlinə “Access Bank”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 11,4% çox – 1 785,1 milyon manat, o cümlədən kredit portfeli 12,7% çox – 1 318,3 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 1 523,7 milyon manat (8,9% çox), o cümlədən depozit portfeli 1084,6 milyon manat (1,7% çox), balans kapitalı isə 261,4 milyon manat (28,9% çox), o cümlədən nizamnamə kapitalı 121,75 milyon manat (dəyişməyib) olub.