"Bank Avrasiya" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank yanvar-iyun aylarında 0,9 milyon manat mənfəət əldə edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 78,7% azdır.
Bu il iyulun əvvəlinə "Bank Avrasiya"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 11,9% çox - 218,5 milyon manat, o cümlədən kredit portfeli 6,8% çox – 128,3 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 127,7 milyon manat (20,2% çox), o cümlədən depozit portfeli 75,3 milyon manat (41,1% çox), balans kapitalı isə 90,8 milyon manat (2,1% çox), o cümlədən nizamnamə kapitalı 71,8 milyon manat (dəyişməyib) olub.