SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Kapital Bank”ın aktivləri 5%-dən çox azalıb

“Kapital Bank”ın aktivləri 5%-dən çox azalıb

  • 17 aprel 2026, 12:04

"Kapital Bank" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank yanvar-mart aylarında 120,2 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Bu il aprelin əvvəlinə "Kapital Bank"ın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 5,2% az – 11 800,95 milyon manat, o cümlədən xalis kredit portfeli 1,3% çox – 4 807,7 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 10 508,3 milyon manat (8,2% az), o cümlədən depozit portfeli 8 495,2 milyon manat (5,6% az), balans kapitalı isə 1 292,7 milyon manat (28,3% çox), o cümlədən nizamnamə kapitalı 265,85 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları