İran Milli Bankının Bakı filialı 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, filial 9 ayda 4,4 milyon manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% azdır.
Bu il oktyabrın əvvəlinə İran bankının aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 2,6% çox – 121,3 milyon manat, o cümlədən kredit portfeli 25,2% çox – 2,2 milyon manat təşkil edib.
Bakı filialının öhdəlikləri 68 milyon manat (5,7% az), balans kapitalı isə 53,3 milyon manat (15,5% çox), o cümlədən nizamnamə kapitalı 73,6 milyon manat (dəyişməyib) olub.