Bu ilin yanvar-avqust aylarında Azərbaycanda icbari tibbi sığorta daxilolmaları 682 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% azdır.
İcbari tibbi sığorta daxilolmaları proqnozu 102,6% icra edilib.
8 ayda icbari tibbi sığorta haqlarının 456,3 milyon manatı qeyri-büdcə sektorundan toplanılıb. Bu isə 1 il əvvələ nisbətən 11,4% azdır.