SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Hökumət bank əmanətçilərinin gəlirini azaltmaq istəmir

Hökumət bank əmanətçilərinin gəlirini azaltmaq istəmir

  • 30 yanvar 2026, 13:48

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası yerli banklarda manatla yerləşdirilən əmanətlərin qorunması üçün illik faiz dərəcəsini növbəti dəfə 12% saxlayıb.

Bu barədə Yurd.Media-ya Fondan bildirilib.

Bununla belə, Şura sığortalanma faizinin müəyyən edilməsi ilə bağlı yeni metodologiya tətbiq edib. Ona əsasən, bank əmanətlərinin qorunması üçün illik faiz bazardakı orta faizin üzərinə 2 faiz bəndi əlavə edilməklə, ildə iki dəfə müəyyən olunacaq.

Hazırda banklar əmanətləri illik orta hesabla 10%-lə qəbul edir.

Sığortalanma faizinə növbəti dəfə iyulda baxılacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları