Azərbaycanda "Hermes" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alınıb.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində bildirilir.
Yeni BOKT-un təsisçisi əvvəlcədən elan edildiyi kimi lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC-dir.
Şirkət törəməsi ola kredit təşkilatının nizamnamə fonduna 1 milyon manat qoyub. Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) BOKT-lar üçün müəyyən etdiyi minimum tələbdir.
“Hermes” BOKT təsisçisi ilə eyni ünvanda - Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36-da fəaliyyərt göstərəcək. Ona “Hermes Finance”ın direktoru Həmid Mövsüm oğlu Mirzəyev rəhbərlik edəcək.
AMB yeni BOKT-a lisenziya versə, ölkədə bu cür kredit təşkilatlarının sayı 53-ə yüksələcək.