FNC QSC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 3,3 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 66,2% çoxdur.
Bu ilin əvvəlinə FNC-nin aktivləri ötən ilin əvvəlinə nisbətən 18,2% çox - 50,4 milyon manat, o cümlədən kredit portfeli 16,4% çox - 49,5 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 43,2 milyon manat (7,4% çox), balans kapitalı isə 7,2 milyon manat (3 dəfə çox), o cümlədən nizamnamə kapitalı 1,8 milyon manat (6 dəfə çox) olub.
Qeyd edək ki, FNC 2021-ci ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 1,8 milyon manatdır, yeganə səhmdarı Xəqani Məmmədov, direktoru Ramiz Dadaşovdur.