Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş təşkilatı kimi fəaliyyət göstərmək üçün lisenziya verdiyi "Fizza Pay" MMC-yə icrası məcburi göstəriş verib.
Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.
Məlumata görə, icrası məcburi göstəriş "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nın 4.2-ci bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq verilib.