Bu il yanvarın 1-nə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 297,8 milyon manat vaxtı keçmiş krediti olub.
Yurd.Media xəbər verir ki, bu barədə Bankın illik maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, ötən il yanvarın 1-i ilə müqayisədə kredit təşkilatının problemli kreditləri 28,3% artıb.
Ümumiyyətlə son 5 ildə ABB-də vaxtı keçmiş kreditlər dayanmadan artım nümayiş etdirir və artıq 300 milyonluq bir səddə yaxınlaşıb.
Azərbaycan Mərkəzi Bankı hələ ki, hesabat tarixinə ölkə üzrə vaxtı keçmiş kreditlərin məbləğini açıqlamayıb.
