Bu il yanvarın 1-nə “Yelo Bank” ASC-nin 41,2 milyon manat vaxtı keçmiş krediti olub.
Yurd.Media xəbər verir ki, bu barədə Bankın illik maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, ötən il yanvarın 1-i ilə müqayisədə kredit təşkilatının problemli kreditləri 44% artıb.
Qeyd edık ki, “Yelo Bank”ın vaxtı keçmiş kreditləri artıq ikinci ildir ki artım dinamikası nümayiş etdirir - ümumilikdə 70%-dən çox şişib.
Azərbaycan Mərkəzi Bankı hələ ki, hesabat tarixinə ölkə üzrə vaxtı keçmiş kreditlərin məbləğini açıqlamayıb.
