SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Bank VTB Azərbaycan”ın problemli kreditləri 25%-dən çox artıb

“Bank VTB Azərbaycan”ın problemli kreditləri 25%-dən çox artıb

  • 24 yanvar 2026, 12:01

Bu il yanvarın 1-nə “Bank VTB Azərbaycan” ASC-nin 19,7 milyon manat vaxtı keçmiş krediti olub.

Yurd.Media xəbər verir ki, bu barədə Bankın illik maliyyə hesabatında bildirilir.

Sənədə əsasən, ötən il yanvarın 1-i ilə müqayisədə kredit təşkilatının problemli kreditləri 25,2% artıb.

Qeyd edək ki, son 5 ildə “Bank VTB Azərbaycan”ın problemli kreditləri mənfi dinamika nümayiş etdirir - ümumilikdə 5 dəfədən çox artım qeydə alınıb.  

Azərbaycan Mərkəzi Bankı hələ ki, hesabat tarixinə ölkə üzrə vaxtı keçmiş kreditlərin məbləğini açıqlamayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları