Bu il yanvarın 1-nə “Bank of Baku” ASC-nin 36,2 milyon manat vaxtı keçmiş krediti olub.
Yurd.Media xəbər verir ki, bu barədə Bankın illik maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, ötən il yanvarın 1-i ilə müqayisədə kredit təşkilatının problemli kreditləri 44,9% artıb.
Qeyd edək ki, “Bank of Baku”da vaxtı keçmiş kreditlərin artım dinamikası artıq 3 ildir ki müşaiyət olunur - belə ki, 2023-cü ildə 22,7%, 2024-cü ildə isə 4,5% çoxalmışdı. Təbii ki, 2025-ci ildəki problemli kredit portfelinin təxminən yarısı qədər olan artım digər illəri "geridə qoydu".
Azərbaycan Mərkəzi Bankı hələ ki, hesabat tarixinə ölkə üzrə vaxtı keçmiş kreditlərin məbləğini açıqlamayıb.
