SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Finca Azerbaijanın vergi borcu yarandı

"Finca Azerbaijan"ın vergi borcu yarandı

  • 31 iyul 2026, 09:49

 "Finca Azerbaijan" Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatının dövlət büdcəsinə vergi borcu yaranıb.

Yurd.Media xəbər verir ki, "Finca Azerbaijan"ın hazırkı vergi borcu 6 min manat təşkil edir.

“Finca Azərbaycan" 1998-ci ildə yaradılıb. Mikromaliyyə təşkilatının nizamnamə kapitalının 100%-i Niderlandda qeydiyyatdan keçmiş “Finca Microfinance Cooperatief U.A” şirkətinə məxsusdur.

Qeyd edək ki, şirkət son dövrdə problemli kreditlərlə bağlı tez-tez məhkəmələrə müraciət etməli olur. Belə ki, BOKT 27 və daha artıq faizlə verdiyi kreditlərə görə müştərilərinə qarşı Şəmkir, Sabirabad Rayon Məhkəməsində, Ağdam Rayon MəhkəməsindəXaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdı.

Skat.az - Ev və Avtomobil elanları