"Greentek Group" MMC rəhbər vəzifəsində yenidən dəyişiklik edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətə Fərid Qasımzadənin əvəzinə Elxan Əbilov rəhbər təyin edilib.
Qeyd edək ki, "Greentek Group" - “GreenPay” elektron pul təşkilatınada ötən ilin noyabr ayında həyata keçirilən plandankənar yoxlama çərçivəsində istifadəçilərə ödəniş hesablarının qanunvericiliyin tələblərinə uyğun qaydada açılmadığı, internet resurslar vasitəsilə aparılan qanunsuz fəaliyyətlərin qarşısının alınmasında xətalara yol verilməsi faktları aşkar edilib.
Bu səbəbdən şirkətə lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması istisna olmaqla) müvəqqəti olaraq dayandırılması barədə göstəriş verilib.
Bu qərardan 1 ay sonra şirkətin rəhbəri Emin Sultanovun əvəzinə İsmayıl Hacıyev təyin olunmuşdu. Bu ilin mart ayının əvvəlində isə onun yerinə Fərid Qasımzadə rəhbər təyin edilmişdi.
“Greentek Group” MMC 18 sentyabr 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankından lisenziya əldə edib.