SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Elektron pul təşkilatının nizamnamə kapitalı 3 milyon manatı ötdü

Elektron pul təşkilatının nizamnamə kapitalı 3 milyon manatı ötdü

"Baku Pay" MMC elektron pul təşkilatının nizamnamə kapitalı artırıldı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 21,9% və ya 600 min manat artıraraq 3,35 milyon manata çatdırıb.

Xatırladaq ki, keçən ilin oktyabrında şirkət nizamnamə kapitalını 22,3% və ya 500 min manat artıraraq 2,75 milyon manata çatdırmışdı.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin əvvəlində “Baku Pay" MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib. Şirkət yaradılarkən cəmi 10 manat nizamnamə kapitalı vardı. Rəhbəri isə Fuad Bağırovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları