SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Elektron pul təşkilatı nizamnamə kapitalını 6 milyon manat artırdı

Elektron pul təşkilatı nizamnamə kapitalını 6 milyon manat artırdı

"GoldenPay" ASC elektron pul təşkilatının nizamnamə kapitalı 48% artırılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin nizamnamə kapitalı 12,5 milyon manatdan 18,5 milyon manatadək artırılıb.

Qeyd edək ki, "GoldenPay"in nizamnamə kapitalı ötən ilin sentyabr ayına kimi cəmi 1 milyon təşkil edirdi. ASC 2025-ci ilin ikinci yarısında nizamnamə kapitalını 12 dəfə artırmışdı. 

"GoldenPay" 2007-ci ilin iyul ayında yaradılıb, 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

Şirkət Hesab.az onlayn ödəmə portalının sahibidir. Bu portalda kommunal, mobil, internet, bank kreditləri, parkinq və digər növ ödənişlər aparmaq, sığorta məhsulları, kino və aviabilet almaq mümkündür. 

Şirkətin rəhbəri vəzifəsini Eynar Abdullayev icra edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları