SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Eldar Qəribovun Unibankdan gəliri iki dəfə azaldı

Eldar Qəribovun "Unibank"dan gəliri iki dəfə azaldı

  • 06 avqust 2026, 22:17

Eldar Qəribovun "Unibank"dan əldə etdiyi dividend gəliri bir il ərzində iki dəfə azalıb.

Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, "Unibank" ASC ötən ilin nəticələri üzrə səhmdarlarına 2,032 milyon manat dividend ödəyib. Bu məbləğ 2024-cü ildə ödənilən 4,065 milyon manat dividenddən 50% azdır. 

Bankın səhmlərinin 94,08%-i Müşahidə Şurasının sədri Eldar Qəribova məxsus olduğundan, hesablamalara əsasən, ödənilən dividendlərin təxminən 1,91 milyon manatı ona çatıb. Müqayisə üçün, 2024-cü ilin dividendləri əsasında Eldar Qəribovun dividend gəliri təxminən 3,82 milyon manat təşkil edib.

Son iki ildə "Unibank"ın dividendlərindən Eldar Qəribovun ümumi gəliri təxminən 5,73 milyon manat olub.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildə yaradılmış "Promtexbank"ın birləşdirilməsi nəticəsində təsis edilib. Bankın nizamnamə kapitalı 138,2 milyon manatdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları