Əsas səhmdarı Eldar Qəribov olan “Unibank” ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank ötən il 25,8 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 26,4% çoxdur.
Bu ilin əvvəlinə “Unibank”ın aktivləri ötən ilin əvvəlinə nisbətən 21,2% çox – 2 132,9 milyon manat, o cümlədən xalis kredit portfeli 14,6% çox – 1 276,2 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 1 940,1 milyon manat (21,8% çox), o cümlədən depozit portfeli 1 377,9 milyon manat (14,4% çox), balans kapitalı isə 192,8 milyon manat (15,4% çox), o cümlədən nizamnamə kapitalı 138,2 milyon manat (dəyişməyib) olub.