SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Əkrəm Həsənov: “ADIF özbaşınalıq edir”

Əkrəm Həsənov: “ADIF özbaşınalıq edir”

  • 05 oktyabr 2026, 12:26

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu banklarla bağlı özbaşınalıq edir. 

Yurd.Media xəbər verir ki, bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib. 

“Fondun fəaliyyətinə nəzarət yoxdur. Guya apellyasiya məhkəməsi nəzarət edir, amma formal bir şeydir: hətta rüblük ləğv planları bir illik gecikmə ilə təsdiq olunur. Məsələn, 2025-ci ilin IV rübünün planı 2026-cı ilin IV rübündə təsdiqlənir. Yəni bu, artıq plan da deyil, ədalət mühakiməsini ələ salmaqdır. Bu nəzarətsizlik şəraitində ADIF prosesi heç bir əsaslandırma olmadan uzadır. Çünki ləğv xərcləri bankın vəsaiti hesabınadır. Bu xərcləri də necə edir – bir Allah bilir, bir də Fond rəhbərliyi. Qohum-tanış üçün də yaxşı iş yeridir! Bu əsnada banka borclu olanlara əsassız güzəştlər edilir (elə bil dədələrinin puludur!), məhkəmələrdə iddialar iddia müddətinin buraxılması ilə qaldırılır, kreditorlar arasında vəsait cığallıqla bölüşdürülür və s. və i.a. Qeyri-şəffaflıq şəraitində nə istəyirlər edirlər”, - deyə o qeyd edib. 

Ə.Həsənovun sözlərinə görə, bu kimi hallar ADIF-ə 2020-ci ildən rəhbərlik edən Tural Piriyevin dövründə daha da artıb, qeyri-şəffaflıq pik həddə çatıb: “Bakı Dövlət Universitetinin hüquq fakültəsini birtəhər qurtarıb, ölkənin ən aşağı səviyyəli hüquqşünaslarından biridir. Amma yaxşı əlaqə qurmaq qabiliyyəti var. Bunun hesabına da yekunda ƏSF kimi ən “yağlı” yerin rəhbəri oldu. Nəzarət yox, əlində isə milyardlar. Banklarda pulu qalanlar isə hələ də ümid edir ki, onlara nə isə qaytarılacaq”. 

“Hüquq-mühafizə orqanları məsələ ilə maraqlansa, onlara təklifim: məni pulsuz ekspert kimi cəlb edin, ləğv prosesində olan istənilən bankın bütün sənədləri ilə tanış olmaq imkanı yaradın, uzağı 3 ay ərzində xeyli pozuntunun üstünü açıb qoyum qabağınıza”, - deyə hüquqşünas öz xidmətini də təklif edib. 

Skat.az - Ev və Avtomobil elanları