SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
“FİNCA Azerbaijan” 28 faizlə verdiyi krediti məhkəmə ilə alır

“FİNCA Azerbaijan” 28 faizlə verdiyi krediti məhkəmə ilə alır

  • 05 oktyabr 2026, 10:43

“FİNCA Azerbaijan” Bank olmayan kredit təşkilatı (BOKT) Ağdam Rayon Məhkəməsində kredit götürən müştərisinə qarşı iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, iddia ərizəsində cavabdehdən “FİNCA Azerbaijan”ın xeyrinə 409 manat əsas, 19 manat faiz, 246 manat cərimə olmaqla cəmi 674 borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilib. 

Məlum olub ki, cavabdehə 12 ay müddətinə, illik 28 faizlə, 1500 manat kredit verilib. Amma sonradan bankla müştərinin arasında kredit ödənişi ilə bağlı problem yaranıb və iş məhkəməyə gedib. 

Məhkəmə iddia tələbini qismən təmin edib. Cavabdehdən cərimə məbləğinin cəmi 10 manatını ödəmək, yəni ümumilikdə 438 manat borc və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat tutularaq “FİNCA Azerbaijan-ın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılıb.

Skat.az - Ev və Avtomobil elanları