“Bank Respublika” ASC “Access Bank” QSC-ni nəzarətinə keçirdikdən sonra onun nizamnamə kapitalında Quliyevlər ailəsinin (Natiq Quliyev, Elçin Quliyev və Namiq Quliyev) payı azalacaq, amma bank yenə də onların nəzarətində olacaq.
Yurd.Media xəbər verir ki, hazırda "Bank Respublika”nın nizamnamə kapitalı 200,8 milyon manatdır.
Yaxın vaxtlarda Bankın səhmlərinin nominal dəyərinin artırılması hesabına bu məbləğ 240,3 milyon manata çatdırılacaq, əlavə olaraq isə dövriyyəyə “Access Bank”dakı mövcud investorlar üçün 80 milyon manatlıq səhm buraxılacaq.
Onlar bu qiymətli kağızları əldə etdikdən sonra təbii olaraq 320,3 milyon manatlıq nizamnamə kapitalının 25%-nə sahib olacaqlar.