Bundan sonra Azərbaycanda dövlət satınalmalarında iştirak edən şirkətlər banklardan icra təminatını elektron qaydada ala biləcəklər.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu məqsədlə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-müqavilə” altsistemində ayrıca funksiya yaradılıb.
Layihə Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birgə icra edilib.
Hazırda maliyyə naziri Sahil Babayev, AMB-nin sədri isə Taleh Kazımovdur.