Bu ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 62,1 milyon ABŞ dolları artıb.
Bu barədə Yurd.Media-ya qurumdan bildirilib.
Məlumata görə, oktyabrın 1-nə AMB 15 363,4 milyon dollar valyuta ehtiyatlarına malik olub.
AMB-nin valyuta ehtiyatları ötən ilin sonuna nisbətən 33,4%, son 1 ildə isə 35,8% artım nümayiş etdirib.