SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
BOKT yaratdılar, sürprizlə qarşılaşdılar

BOKT yaratdılar, "sürprizlə" qarşılaşdılar

  • 25 fevral 2026, 16:23

Azərbaycan Mərkəzi Bankı (AMB) "Mojo Az" MMC bank olmayan kredit təşkilatına (BOKT) bazara girməyə imkan verməyib.

Yurd.Media xəbər verir ki, BOKT bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.

Elanda deyilir ki, kredit təşkilatı nizamnamə kapitalını 300 min manatdan 100 manata endirməyə qərar verib.

Məsələ ondadır ki, "Mojo Az" 2023-cü ilin noyabr ayında dövlət qeydiyyatından keçirilib və onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun olub.

1 il sonra – 2024-cü ilin noyabr ayında isə AMB kapital tələbini 300 min manatdan 1 milyon manata qaldırıb. Yəni, lisenziya almaq istəyən “Mojo Az” sürpizlə üzləşib. Əlavə 700 min manat tapmaq mümkün olmadığından BOKT-un təsisçiləri geri addım atmaq qərarına gəlib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları