SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azər Bayramov “Azərbaycan Beynəlxalq Bankı” ilə bağlı səlahiyyətini itirdi

Azər Bayramov “Azərbaycan Beynəlxalq Bankı” ilə bağlı səlahiyyətini itirdi

  • 25 fevral 2026, 11:46

Maliyyə nazirinin I müavini Anar Kərimova yeni vəzifə verilib.

Yurd.Media xəbər verir ki, o, Nazirlər Kabinetinin qərarı ilə "Aqrarkredit" QSC-nin "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasına sədr təyin olunub.

İndiyə qədər həmin komissiyanın sədri maliyyə nazirinin keçmiş müavini Azər Bayramov olub. O, hazırda iqtisadiyyat nazirinin müavinidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları