Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin yanvar ayının yekunları ilə bağlı sığorta icmalını açıqlayıb.
Sənədə əsasən, ötən ay yerli sığorta şirkətləri 156,6 milyon manat sığorta haqqı toplayıb, 62 milyon manat sığorta ödənişi edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,3% az və 30,2% çoxdur.
Yanvarda sığorta bazarında toplanılmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödənişə yönəldilib. Bu, 1 il əvvələ nisbətən 10,5 manat çoxdur.