"Forfinance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı (ilk) maliyyə göstəricilərini açıqlayıb..
Yurd.Media xəbər verir ki, BOKT ötən il 36 min manat zərər edib.
Bu ilin əvvəlinə "Forfinance"ın aktivləri 8,5 milyon manat, o cümlədən kredit portfeli 7,85 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 7,1 milyon manat, balans kapitalı isə 1,4 milyon manat, o cümlədən nizamnamə kapitalı 1,4 milyon manat olub.