SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
AFB Bank-dan “Bahar Fürsəti” – 0% komissiya və faizlərə 2% endirim!

AFB Bank-dan “Bahar Fürsəti” – 0% komissiya və faizlərə 2% endirim!

  • 25 fevral 2026, 11:21

AFB Bank yaz mövsümünü müştəriləri üçün daha sərfəli kredit təklifi ilə qarşılayır.

Yurd.Media xəbər verir ki, bank “Bahar Fürsəti” adlı yeni nağd pul kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər kreditləri 0% komissiya ilə – yəni əlavə rəsmiləşdirmə xərci ödəmədən əldə edə, eyni zamanda kredit faizlərindən 2% endirim qazana bilərlər.

Yeni kampaniya şəxsi ehtiyacları qarşılamaq və maliyyə imkanlarını daha effektiv idarə etmək istəyənlər üçün xüsusi olaraq hazırlanıb.

Kampaniyanın əsas şərtləri:

  • Kredit məbləği: 50 000 AZN-dək
  • Faiz dərəcəsi: 10.5%-dən başlayaraq
  • Komissiya: 0%
  • Müddət: 3 aydan 59 ayadək

0% komissiya tətbiqi kreditin rəsmiləşdirilməsi zamanı əlavə xərcin olmaması deməkdir. Kampaniyanın məqsədi müştərilərə yalnız maliyyə vəsaiti təqdim etmək deyil, həm də onların planlarını daha sərfəli şərtlərlə həyata keçirməsinə real dəstək olmaqdır. “Bahar Fürsəti” yaz mövsümündə maliyyə qərarlarını daha optimal şərtlərlə vermək istəyən hər kəs üçün nəzərdə tutulub.

Kampaniya 24 fevral 2026-cı ildən 31 mart 2026-cı ilədək məhdud müddət üçün qüvvədədir.

Ətraflı məlumat və onlayn müraciət üçün linkə keçid edin: https://digital.afb.az/about/203

Hazırda AFB Bank ölkə üzrə 8 filial və 4 şöbə olmaqla ümumilikdə 12 xidmət nöqtəsində müştərilərinə xidmət göstərir. Bank tərəfindən həyata keçirilən Transformasiya Strategiyası çərçivəsində müştəriyönümlü həllərin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və həm fərdi, həm də biznes müştəriləri üçün daha əlverişli imkanların yaradılması prioritet istiqamətlər olaraq müəyyən edilib.

       
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları