Bu il iyulun 1-nə Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ötən il iyulun 1-nə nisbətən 58,6% çox - 1 528,3 milyon manatlıq aktivlərə malik olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı BOKT icmalında bildirilir.
Sənədə əsasən, hesabat tarixinə maliyyə qurumlarının kredit portfeli isə illik müqayisədə 69,2% çox – 1 136,6 milyon manat təşkil edib.
BOKT-ların öhdəlikləri 838,7 milyon manat (63,6% çox), balans kapitalı isə 689,6 milyon manat (53% çox) olub.