Bu il aprelin 1-nə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin nizamnamə kapitalı 300 milyon manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (1 281,3 milyon manat), “Xalq Bank” (446,6 milyon manat), “Yelo Bank” (378 milyon manat), “PAŞA Bank” (354,5 milyon manat) və “Bank VTB Azərbaycan” (315,8 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 1-də nizamnamə kapitalı 200-300 milyon manat arasında, 7 bankda 100-200 milyon manat arasında, 8 bankda isə 100 milyon manatdan az olub.
Son 1 ildə 21 bankdan 3-nün – “Azər-Türk Bank”, “Premium Bank” və “Xalq Bank” ASC-lərin nizamnamə kapitalı artıb. Müvafiq olaraq 27,2 %, 12,9% və 7,5%.
