“Bakı Fond Birjası” 3 ildir ki, vergi hesabatını vaxtında təqdim etmir/
Yurd.Media xəbər verir ki, “Bakı Fond Birjası” QSC 2024-cü il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və yaxud onu əvəz edən arayışı vaxtında təqdim etmədiyi üçün ona 40 manat maliyyə sanksiyası tətbiq edilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində bildirilir.
Birja 2022-23-cü illərdə də eyni səbəbdən cərimələnib.