SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Azərbaycanın ilkin səhm bazarında kəskin AZALMA - EKSPERT SƏBƏBİNİ AÇIQLAYIR

Azərbaycanın ilkin səhm bazarında kəskin AZALMA - EKSPERT SƏBƏBİNİ AÇIQLAYIR

  • 08 yanvar 2026, 18:23

2025-ci ildə Azərbaycanın ilkin səhm bazarında bağlanılmış əqdlərin ümumi dəyəri 2024-cü illə müqayisədə 9,2 dəfə azalaraq 70,7 milyon manatdan 7,7 milyon manata, ümumi sayı isə 49 301-dən 9-a düşüb.

Yurd.Media xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib. O bunun səbəbini də açıqlayıb.

“Əvvəlki il böyük dövriyyə dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin nizamnamə kapitalının artırılması hesabına formalaşmışdı. Bankın yeni səhmlərinə ümumi dəyəri 55,6 milyon manat olan 49 262 sifariş verilmişdi. Ötən il isə bu cür böyük səhm emissiyası olmayıb və kəskin azalmanı da şərtləndirən budur”, - deyə o qeyd edib.

maliyyəçi-ekspert Namiq Hüseynovmaliyyəçi-ekspert Namiq Hüseynov

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları