Bu ilin I rübündə Azərbaycanın icmal büdcəsinin gəlirləri 8 852,6 milyon manat, xərcləri isə 9 043,6 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 17,6% və 0,2% azdır.
Son nəticədə icmal büdcədə 191 milyon manat kəsir yaranıb. Ötən ilin eyni dövründə profisit qeydə alınmışdı.