"KredAqro" bank olmayan kredit təşkilatı nizamnamə kapitalını yenidən irimiqyaslı şəkildə artırdı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT nizamnamə kapitalını 58,4 faiz və ya 13 milyon 890 min manat artıraraq 37,7 milyon manata çatdırıb.
Xatırladaq ki, ötən ilin dekabr ayında BOKT nizamnamə kapitalını 8,2 milyon manatdan 23,8 milyon manata çatdırmışdı.
Qeyd edək ki, 2000-ci ildən etibarən fəaliyyət göstərən “KredAqro BOKT" MMC ölkənin müxtəlif regionlarında 11 satış nöqtəsi ilə təmsil olunur. Onun rəhbəri Anar Əkbərovdur.
2025-ci ilin ilk yarısında "Kred Aqro"nun cəmi aktivləri 2 milyon 133 min manat və ya 17,8% azalaraq 9 milyon 818 min manata geriləyib.
"Kred Aqro BOKT" MMC-nin nizamnamə kapitalının 100%-i Rusiyanın "Agromostfinans" şirkətinə məxsusdur.