Bu il iyulun 1-nə Azərbaycanın maliyyə sektorunda 40,9 min nəfər işləyib.
Dövlət Statistika Komitəsindən Yurd.Media-ya verilən məlumata əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 8,5% çoxdur.
Maliyyəçilərin 7,4 mini dövlət, 33,5 mini isə özəl sektorda çalışır. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 5,7% və 9,1% çoxdur.