SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycanda maliyyəçilər dövlət sektorunda daha yaxşı qazanır - STATİSTİKA

Azərbaycanda maliyyəçilər dövlət sektorunda daha yaxşı qazanır - STATİSTİKA

  • 20 avqust 2025, 12:16

Bu ilin ilk yarısında Azərbaycanın maliyyə sektorunda orta aylıq əməkhaqqı 3 053 manat təşkil edib.

Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% çoxdur.

Yanvar-iyun aylarında dövlət və özəl sektorda çalışan maliyyəçilər müvafiq olaraq 3 925 manat və 2 861 manat maaş alıblar. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 17,8% və 3,3% çoxdur.

Göründüyü kimi, maliyyəçilərin maaşı baxımından dövlət sektoru özəl sektoru 37,2% üstələyib, üstəlik son 1 ildə dövlət sektorunda maaş özəl sektorla müqayisədə 5,4 dəfə sürətlə artıb.

Prime Leasing