Bu ilin yanvar-iyul aylarında Azərbaycanda maliyyə sektoruna 138,3 milyon manat investisiya qoyulub.
Dövlət Statistika Komitəsindən Yurd.Media-ya verilən məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% azdır.
Hesabat dövründə sektorun ümumi investisiya qoyuluşunda payı isə 1 il əvvələ nisbətən 0,1 faiz bəndi az – 1,4% təşkil edib.