SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Azərbaycanda kripto bazarı üçün hüquqi əsas yaradılır

Azərbaycanda kripto bazarı üçün hüquqi əsas yaradılır

  • 29 iyun 2026, 10:47

Azərbaycanda kriptovalyutalar və virtual aktivlərlə bağlı hüquqi boşluğun aradan qaldırılması istiqamətində mühüm addım atılır.

Yurd.Media-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda tədbirdə bildirib ki, Azərbaycanda bu ilin sonuna qədər virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər.

Onun sözlərinə görə, AMB virtual aktivlər və kripto bazarları ilə bağlı qanun layihəsinin son variantını hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib:

"Bu, bizim üçün kifayət qədər mühüm nailiyyətdir. Çünki həmin sahə indiyədək tənzimlənməyib və həm dünya, həm də Azərbaycan üçün nisbətən yeni bir istiqamətdir. Ümid edirik ki, hər şey plan üzrə gedərsə, ilin sonuna qədər kriptovalyutalar və virtual aktivlərlə bağlı qanun layihəsi təsdiqlənəcək. Bu istiqamətdə də komanda olduqca fəal və intensiv şəkildə iş aparır".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları