SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycanda ən bahalı krediti Dağlıq Şirvan əhalisi əldə edir

Azərbaycanda ən bahalı krediti Dağlıq Şirvan əhalisi əldə edir

  • 29 iyul 2026, 19:12

Dağlıq Şirvan iqtisadi rayonun əhalisi ən yüksək orta faizlə kredit götürür.

Yurd.Media "Valyuta.az"a istinadən xəbər verir ki, bu rayonda milli valyutada verilən kreditlərin orta illik faiz dərəcəsi 20,74%, kredit portfelinin həcmi isə 217,923 min manat təşkil edib.

Sonrakı yerlərdə Mərkəzi Aran (20,26%; 626,697 min manat), Şirvan-Salyan (20,13%; 478,495 min manat) və Qazax-Tovuz (20,08%; 601,188 min manat) iqtisadi rayonları qərarlaşıb.

Aşağıdakı cədvəldə ən yüksək orta faiz dərəcəsinə malik iqtisadi rayonlar göstərilib:

 İqtisadi rayonMilli valyutada orta faiz dərəcəsi (%)Verilmiş kreditin məbləği (min manat)
1Dağlıq Şirvan iqtisadi rayonu20.74%217,923
2Mərkəzi Aran iqtisadi rayonu20.26%626,697
3Şirvan-Salyan iqtisadi rayonu20.13%478,495
4Qazax-Tovuz iqtisadi rayonu20.08%601,188
5Lənkəran-Astara iqtisadi rayonu19.78%724,950
6Qarabağ iqtisadi rayonu19.74%566,598
7Mil-Muğan iqtisadi rayonu19.52%373,956
8Şəki-Zaqatala iqtisadi rayonu19.09%613,370
9Quba-Xaçmaz iqtisadi rayonu18.35%537,739
10Gəncə-Daşkəsən iqtisadi rayonu18.33%948,256
11Abşeron-Xızı iqtisadi rayonu17.12%1,221,458
12Şərqi Zəngəzur iqtisadi rayonu16.24%25,774
13Naxçıvan iqtisadi rayonu15.43%514,841
14Bakı iqtisadi rayonu14.50%19,400,984
  29.07.2026
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları