SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycanda elektron pul təşkilatı nizamnamə kapitalını 12 dəfədən çox artırdı

Azərbaycanda elektron pul təşkilatı nizamnamə kapitalını 12 dəfədən çox artırdı

"GoldenPay" ASC elektron pul təşkilatının nizamnamə kapitalı artırıldı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin nizamnamə kapitalı 1 milyon manatdan 12,5 milyon manatadək artırılıb.

Qeyd edək ki, "GoldenPay" 2007-ci ilin iyul ayında yaradılıb, 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Şirkət Hesab.az onlayn ödəmə portalının sahibidir. Bu portalda kommunal, mobil, internet, bank kreditləri, parkinq və digər növ ödənişlər aparmaq, sığorta məhsulları, kino və aviabilet almaq mümkündür. 

Şirkətin rəhbəri vəzifəsini Eynar Abdullayev icra edir.

Prime Leasing
SPE Annual Caspian