SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycanda BOKT nizamnamə kapitalını artırdı

Azərbaycanda BOKT nizamnamə kapitalını artırdı

"Finex Kredit" ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını artırdı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 17,8% və ya 440 min manat artıraraq 2 milyon 912 min manata çatdırıb.

Xatırladaq ki, "Finex Kredit" 2013-cü ildə yaradılıb. Onun rəhbəri Leyli Məmmədova Cəlal qızıdır. BOKT-un səhmlərinin 19,4 %-i Xaqan Mirzəyevə, 16,2 %-i Səadət Mirzəyevaya, 16,1 %-i Azad Cəbraylova, 14,1 %-i Səməd Mirzəyevə, 14 %-i Raminə Allahverdiyevaya, 6,1 %-i Şəlalə Tağıyevaya, 5,6 %-i Leyla Salamovaya, 4,6 %-i Tokay Şıxəlizadəyə, 3,2 %-i Muradxan Mirzəyevə, 0,7 %-i isə Gülnarə Tağıyevaya məxsusdur.

Skat.az - Ev və Avtomobil elanları