SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanda 5 bankın 9 aylıq əməliyyat gəlirləri 225 milyon manatdan çoxdur

Azərbaycanda 5 bankın 9 aylıq əməliyyat gəlirləri 225 milyon manatdan çoxdur

  • 31 oktyabr 2025, 09:56

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin əməliyyat gəlirləri 225 milyon manatdan çox olub.

Yurd.Media xəbər verir ki, bunlar, “Kapital Bank” (1 338,3 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (1 132,1 milyon manat), “PAŞA Bank” (597,3 milyon manat), “Unibank” (277,25 milyon manat) və və “Bank Respublika”dır (247,95 milyon manat).

Qalan 17 bankdan 2-də əməliyyat gəlirləri 200-225 milyon manat arasında, 4 bankda 100-200 milyon manat arasında, 10 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan hamısının əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (41,8%), ən aşağı dinamika isə “AFB Bank”da (2,5%) qeydə alınıb.

Prime Leasing
SPE Annual Caspian