SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycan sığortaçılarının zərərliliyi artıb

Azərbaycan sığortaçılarının zərərliliyi artıb

  • 28 avqust 2025, 13:59

Azərbaycan Mərkəzi Bankı 2025-cü ilin yanvar-iyul aylarının yekunları ilə bağlı sığorta icmalını açıqlayıb.

Yurd.Media xəbər verir ki, sənədə əsasən, 7 ay ərzində yerli sığorta şirkətləri 937,7 milyon manat sığorta haqqı toplayıb, 529,3 milyon manat sığorta ödənişi edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 12,5% və 20,25% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,45 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,8 manat olub. Başqa sözlə, sığortaçıların zərərliliyi 3,65 faiz bəndi artıb.

Prime Leasing