SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycan banklarındakı depozitlərin 7%-i Maliyyə Nazirliyinə məxsusdur

Azərbaycan banklarındakı depozitlərin 7%-i Maliyyə Nazirliyinə məxsusdur

  • 09 sentyabr 2025, 11:19

Bu il iyulun 1-nə Maliyyə Nazirliyinin depozit hərracı vasitəsilə banklarda yerləşdirdiyi vəsaitlərin ümumi məbləği 2,5 milyard manat təşkil edib.

Yurd.Media xəbər verir ki, bunu Hesablama Palatası büdcənin icrası ilə bağlı yaydığı yarımillik xülasədə bəyan edib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı iyunun sonuna banklarda 37,35 milyard manat depozit olduğunu açıqlayıb. Başqa sözlə, banklardakı depozitlərin təxminən 7%-i Maliyyə Nazirliyinə məxsusdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları