SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycan növbəti faiz qərarını açıqlamağa hazırlaşır

Azərbaycan növbəti faiz qərarını açıqlamağa hazırlaşır

  • 08 sentyabr 2025, 11:17

Azərbaycan Mərkəzi Bankı (AMB) əvvəlcədən müəyyən etdiyi qrafikə uyğun olataq sentyabrın 10-da faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq.

Yurd.Media xəbər verir ki, bu, qurumun 2025-ci il ərzində 6-cı qərarı olacaq. AMB bu il iyulun 23-də uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,25%-dən 7%-ə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,25%-dən 6%-ə, yuxarı həddi isə 8,25%-dən 8%-ə endirilib.

"Sabahdan qüvvəyə minəcək qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib", - deyə AMB bəyan edib.

Prime Leasing