SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycan BOKT-larının əcnəbi sahibləri: ruslar, qırğızlar, norveç missionerləri, Pakistan və Britaniya şirkətləri

Azərbaycan BOKT-larının əcnəbi sahibləri: ruslar, qırğızlar, norveç missionerləri, Pakistan və Britaniya şirkətləri

  • 09 sentyabr 2025, 15:31

Azərbaycan Mərkəzi Bankının lisenziya verdiyi 54 bank olmayan kredit təşkilatından (BOKT) 8-nin səhmdarı və yaxud təsisçisi əcnəbi hüquqi və fiziki şəxslərdir.

Yurd.Media apardığı araşdırmaya görə, bunlar, “Finca Azerbaijan”, “İnkişaf üçün maliyyə”, “Kredaqro”, “M Bulak”, “Viator Mikro-Kredit Azərbaycan”, “Azpul”, MCB və “SF Azerbaijan”dır.

Belə ki, “Finca Azerbaijan” 100% “Finca International”a, “İnkişaf üçün maliyyə” Böyük Britaniyanın “Oksfam” təşkilatına, “Kredaqro” Rusiyadakı “Aqromostfinans” MMC-yə, “M Bulak” Qırğızıstan vətəndaşları Aleksey Kokarev (95,9%) və Babirjan Tolbayevə (4,1%), “Viator Mikro-Kredit Azərbaycan”a Norveçin “Viator AS” missioner təşkilatına, “Azpul” Rusiya vətəndaşı Radostovets Vladimir Nikolayeviçə, MCB Pakistanın eyni adlı bankına, “SF Azerbaijan” isə Latviyanın "Sun Finance Cetral Asia AS" şirkətinə məxsusdur.

Skat.az - Ev və Avtomobil elanları