Dövlət Neft Şirkətinin (SOCAR) işçiləri çalışdıqları müəssisənin bank sektorunda pay sahibi olmasının xeyrini görməyə başlayıb.
Yurd.Media xəbər verir ki, SOCAR-ın bir qədər əvvəl səhmlərinin 51%-nə nəzarəti ələ keçirdiyi “Azər-Türk Bank” ASC neftçilərə krediti 1% aşağı illik faiz dərəcəsi ilə və komissiyasız verəcək.
Bu barədə Bankın müştərilərə göndərdiyi SMS-müraciətdə bildirilir. Digər müştərilərə isə kredit illik 10,5-17%-lə, 1,5%-ə qədər komissiya ilə təklif olunur.