Bu il avqustun 1-nə qədər Azərbaycanda dövlət xətti ilə 3 498,3 milyon manat ipoteka krediti verilib.
Yurd.Media xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu bunun 97,1%-ni və yaxud 3 396,2 milyon manatını yenidən maliyyələşdirib.
Başqa sözlə, dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin təxminən 3%-i yenidən maliyyələşdirilməyib. Yəni, bankların fonddan 102,1 milyon manat alacağı var.