Azərbaycan Mərkəzi Bankı (AMB) 46 nəqliyyat vasitəsinin könüllü (kasko) sığortalanması üçün “Meqa Sığorta” ASC-yə 45 min manat ödəyəcək.
Yurd.Media xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalında bildirilir.
Ötən il tənzimləyici qurumu 43 avtomobilini sığortalamaq üçün “Atasığorta” ASC-yə 33,75 min manat ödəmişdi.
Beləliklə, AMB-nin kasko sığortası xərcləri 33,3% artıb.